İlhamə Quliyevanın ailəsindən 10 min dollar istəyir

İlhamə Quliyevanın ailəsindən 10 min dollar istəyir
2214 dəfə oxunub
  • A-
  • A
  • A+
Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova "Səhər-səhər" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl həbsdən çıxan Mehriban mərhumun ailəsini polisə şikayət etdiyini bildirib:

"Hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Heç nə istəmirəm, mənə dəyən ziyanı ödəyəcəklər. Hətta mənə şər atdılar ki, bahalı kürkü oğurlamışam. Sonra hamı bildi ki, kürk harda idi.

Halal malımı istəyirəm, İlhamə Quliyevanın heç nəyi mənə lazım deyil. İlhamə xanımla olan müddətdə onun Gülbahar adlı bacısı olduğunu bilmirdim. İradə xanımı görürdüm, gəlirdi, tez-tez zəng də edirdi. Amma Gülbahar adlı bacısı olduğunu eşitməmişəm, heç onun evinin əhatəsində də görməmişəm.

15 il tikdiyim evin pulunu ora vermişdim, Orxan və Firuzə İbadova da bilirdi. 10 min dollar pul ödəməlidirlər mənə. Bu, haqqımı istəyirəm".

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunub. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb. Daha sonra isə azadlığa buraxılıb.