Tünzalə Ağayevadan "Novruz" mahnısı

Tünzalə Ağayevadan "Novruz" mahnısı
2124 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Tünzalə Ağayeva uzun zamandır üzərində işlədiyi "Novruz" mahnısını yazıb.

Müğənni ANS PRESS-ə açıqlamasında mahnının sözlərini dinləyicilərin göndərdiyi sözlərdən ilham alaraq bəstələdiyini və sonunda həqiqətən yeni və müasir bir xalq mahnısının ortaya çıxdığını bildirdi:

"Bir musiqiçi, bəstəkar kimi həmişə maraqlandırıb ki, niyə axı dünyada "Jingle bells", "V lesu rodilas yolaçka" kimi Yeni il mahnıları var. Hansı ki, bu mahnıları uşaqdan-böyüyə hamı tanıyır.

Bizim xalqımızın da Novruz kimi sevimli bayramımız. Əlbəttə ki, Novruz bayramına həsr olunmuş mahnılar çoxdur. Amma son zamanlar gənclərin, biz müasir insanların, bir sözlə uşaqdan - böyüyə hər kəsin dilində əzbər olacaq bir mahnımız yoxdur. İnanıram ki, mənim sizin köməkliyiniz ilə ərsəyə gətirdiyim "Novruz" mahnısı məhz hər kəsin dilində əzbər olacaq!".