“Aşıq Qərib” nümayişə hazırlaşır

“Aşıq Qərib” nümayişə hazırlaşır
345 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında üçpərdəli “Aşıq Qərib” baleti təqdim ediləcək.

Axşam.az xəbər verir ki, libretto müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyli olan səhnə əsərinin xronometrajı 1 saat 50 dəqiqədir.

Baletin dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı isə Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir.

Baletmeysteri Xalq artisti Qəmər Almaszadə olan balet Əməkdar artist İsmayıl Ələkbərov tərəfindən idarə olunacaq.

Səhnə əsərində rolları Əməkdar artist Səbuhi İbayev, Rəvanə Qurbanova, Cahangir Qurbanov, Afaq Ağayeva, Taleh Yahyayev, Nəzər Bəylərov və Vüqar Əliyev ifa edəcək.

Balet Qərib ilə Şahsənəmin saf məhəbbətindən bəhs edir.