Elnurdan gözlənilməz etiraf: "Ailəmi dağıtmaq istəyirdilər"

Elnurdan gözlənilməz etiraf:  "Ailəmi dağıtmaq istəyirdilər"
2621 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elnur Kərimov sosial şəbəkədə ona yazılan mesajlardan danışıb.
 
Axşam.az-ın məlumatına görə, aktyor ARB TV-nin "Faydalı saat" verilişində pərəstişkarlarının ona bir çox təkliflər etdiyini bildirib:

"Həyat yoldaşımla universitetdə bir oxumuşuq və dost olmuşuq. Pərəstişkarlarımın sevgisini anlayışla qarşılayıram, amma o, yox. Kobud yazanlar, istəklərini birbaşa yazanlar olur. Bəzilərini teatra dəvət edirəm, çərçivəni qoruyuram.

Hətta bir dəfə ailəmi dağıtmaq istəyirdilər. Deyirdilər, guya kiminləsə görüşmüşəm, onu atıb getmişəm. Ailəmlə, övladlarımla çox xoşbəxtəm. Tək fikrim övladlarıma təhsil verməkdir".