Tolik Sevdanı tənqid etdi: “Hansı sənətindən danışım?”

Tolik Sevdanı tənqid etdi: “Hansı sənətindən danışım?”
2598 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Hər şey daxil” proqramında müğənni Sevda Sanaliyevanı tənqid edib.

Axşam.az xəbər verir ki, o, ifaçını qeyri-səmimi adlandırıb:

“İncimə, Sevda, qeyri-səmimi insansan. Sevdadan soruşsam ki, Nəsiminin qəzəlini bilirsən, bilməyəcəkdi. Zəng etdim ki, sənə çox ağır ittihamlar irəli sürdülər, çıx, cavab ver. Dedi ki, yox, sənətimlə gündəmə gəlmək istəyirəm.

Hansı sənətdən söhbət gedir? Mən 2 saatlıq verilişdə Sevdanın hansı sənətindən danışım? Yoldaşından ayrılırdı. Özü bunu mediaya sızdırdı. Sonra barışdı, yazdı ki, biz sarsılmaz ailəyik, bizi heç kim ayıra bilməz. Onsuz da sizi heç kim ayırmır. Niyə bunu edirlər?".