Rəşad İlyasovdan Günaya məsləhət – fotolar

Rəşad İlyasovdan Günaya məsləhət – fotolar
2226 dəfə oxunub
  • A-
  • A
  • A+
“İctimai” telekanalda yayımlanan “Yeni sədalar” verilişinin bu dəfəki qonaqları müğənni Rəşad İlyasov və Günay İbrahimli olub.

Axşam.az-ın məlumatına görə, maraqlı anların yaşandığı efirdə R.İlyasov Günaya məsləhətlər verib. O, sənətçinin “Söz olar” mahnısını çox sevidiyini deyib:

“Çox gözəl, obrazlı mahnıdır. İnsan onu oxuyanda şirinlik, obraz göstərməlidir. Günaya məsləhət görərdim ki, bu mahnının üzərində işləsin. Dünya ulduzları bir bəstəni neçə formada təqdim edirlər. Beləcə bəstə unudulmur”.

G.İbrahimli verilişlərdən gileylənib:

“Verilişə çağırıb, qalmaqal edirlər, ekspert kimi çıxış etməyimizi istəyirlər. Mənim ekspert olan yaşım deyil. Utanıram deyəm ki, məni verilişə dəvət et, gəlim, mahnımı oxuyum”.

Canlı yayımda tamaşaçılar, “Rumba fiesta” qrupunun ifasında maraqlı mahnılar dinləmək imkanı da qazanıblar.
Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.