Maestro Ceyhundan xəbər var

Maestro Ceyhundan xəbər var
1177 dəfə oxunub
  • A-
  • A
  • A+
Skripka ifaçısı maestro Ceyhun skripka kolleksiyası yığır.

Axşam.az-ın məlumatına görə, sənətçi kolleksiyasına daha bir skripka əlavə edəcək. O, Fransadan sifariş etdiyi yeni musiqi alətinin yaxın günlərdə gətiriləcəyini bildirib:

“Fransada bir tanınmış skripkaçının aləti satışa çıxarılıb. Mən də sifariş etdim. Səsi xoşuma gəlsə, satın alacam. Ən gözəl səsi olan skripkaları almağı xoşlayıram. Dünyanın bir çox yerində səfərlərdə olur, konsertlərdə çıxış edirəm. Hər zaman deyiblər ki, sənin skripkanın fərqli, daha gözəl səsi var”.

Yaradıcılığındakı yeniliklərdən danışan Ceyhun yeni albom hazırladığını deyib:

“Yeni popuri hazırlamışam. Yaxın günlərdə onu təqdim edəcəm. Eyni zamanda albom üzərində çalışıram. Adı “Qubadlı” olacaq”.