Gülbəndən anasının qocalar evində qalması xəbərinə münasibət

Gülbəndən anasının qocalar evində qalması xəbərinə münasibət
5375 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Gülbən Ərgən Bodrum istirahətindən qayıdıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Etilər adlanan səmtdə jurnalistlərin sualları ilə üz-üzə qalan Gülbən qəzəblənib.

Anasının qocalar evində qaldığı haqda yayılan xəbərləri təkzib edən ifaçı bunun həqiqəti əks etdirmədiyini söyləyib:

“Xəbərlərin hamısı yalandır. Uşaqlarım və anam mənim ailəmin əsas bünövrəsidir. Belə fikirlər səsləndirmələrini anlamıram. Amma deyə bilərəm ki, bunlar yalnız şayiədir və anam qocalar evində qalmır”.