Serenay Sarıkaya istirahətə Çağataysız getdi

Serenay Sarıkaya istirahətə Çağataysız getdi
4155 dəfə oxunub
  • A-
  • A
  • A+

Yunan adalarında istirahət etdikdən sonra Türkiyəyə qayıdan aktrisa Serenay Sarıkaya və Çağatay Ulusoya birlikdə çəkildikləri "Medcezir" serialının prodüseri tərəfindən xəbərdarlıq edilmişdi.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Kərəm Çatay seriala ziyan vura biləcəklərinə görə bundan sonra onlara obyektivlərin qarşısında bir yerdə görünməmələrini tapşırmışdı.

Bu günlərdə Serenay istirahət edərkən görüntülənib. Amma sevgilisi Çağatay yanında olmayıb. Kameraların hədəfində olduğunun fərqinə varmayan Sarıkaya dayanmadan idman edib.