İbrahim Tatlısəsə 10 milyonluq təklif

İbrahim Tatlısəsə 10 milyonluq təklif
2369 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin məşhur müğənnisi, "İmperator" ləqəbli İbrahim Tatlısəs reklam çarxına çəkilməkdən imtina edib.
 
Lent.az-ın habertürk-ə istinadən verdiyi məlumata görə, yanacaq istehsalı və satışı ilə məşğul olan şirkətlərdən biri Tatlısəsə həm televiziya, həm radio, həm də çap mediasında yayımlanacaq reklam blokunda çəkilməyi təklif edib. Bunun müqabilində müğənniyə 10 milyon türk lirəsi, təxminən 5 milyon dollar təklif edilib. Lakin tanınmış müğənni bu təklifi geri çevirib. İbrahim Tatlısəs bildirib ki, hələlik özünübərpa dövründədir və hər hansı reklam çarxında çəkilmək istəmir.
 
Qeyd edək ki, təxminən 3 il əvvəl İbrahim Tatlısəs sui-qəsdə məruz qalıb və başından güllə yarası alıb. Müğənni uzun müddətdir ki, müalicə olunur.