Balaca şahzadəyə taxta oyuncaqlar hədiyyə ediləcək

Balaca şahzadəyə taxta oyuncaqlar hədiyyə ediləcək
1991 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniya şahzadəsi Uilyam və xanımı, Kembric hersoginyası Keyt Midltonun oğlu Corcun sabah ad günüdür.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, kral ailəsi balaca şahzadənin ad gününü sadə bir mərasimlə qeyd edəcək. Dovşan mövzulu məclisə yalnız yaxın qohumlar qatılacaqlar.

Hersoginya oğlunun şad günü münasibətilə daha sonra Kensinqton Sarayında qonaqlıq verəcək.
Şahzadə Corcun hədiyyələrinə gəlincə, ailəyə yaxın mənbələrin bildirdiyinə görə, bu, taxta oyuncaqlar və geyim ola bilər. Uilyam və Keytin bununla da oğlanlarını hələ uşaq yaşdan qənaət siyasətinə öyrəşdirdikləri deyilir.

Qeyd edək ki, şahzadə Uilyam öz ad gününə dəyəri 8 milyon funt-sterlinq (təxmini 10 milyon manat) olan vertolyot almışdı.