Günay ərə gedəcəyi vaxtı açıqladı - iki il sonra

Günay ərə gedəcəyi vaxtı açıqladı -  iki il sonra
2573 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günay İbrahimli “Bizim gün” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. O, iki ilə ailə quracağını deyib:
 
“Hazırda şəxsi həyatımda heç bir yenilik yoxdur. Amma hər şeyin belə sakit gedəcəyini demirəm. Ailə qurmaq, övlad dünyaya gətirmək lazımdır. 23 yaşım var, iki ilə mən də ailə quracam. Hələ ki, sənətimlə məşğulam”.

Günay sevdiyi insana görə heç vaxt işini atmayacağını bildirib:

“Sevdiyim biri üçün heç vaxt bunu etmərəm. Mənimlə ailə quracaq insan, ilk növbədə peşəmlə razılaşmalıdır. Mənə deməməlidir ki, oxuma. Çünki ailəm neçə il bu sənətim üstündə əziyyət çəkib”.