Vizajist zövqlü və zövqsüz müğənnilərdən danışdı

Vizajist zövqlü və zövqsüz müğənnilərdən danışdı
6039 dəfə oxunub
  • A-
  • A
  • A+
Vizajist Nərmin İbrahimova "Şarm" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, o, şou-biznesin zövqlü və zövqsüz ifaçılarından danışıb. N.İbrahimova kişi sənətçiləri tərifləsə də, xanımların ünvanına fərqli fikirlər səsləndirib:


Abbas Bağırov - Səhnə geyimlərini bəyənirəm. Çox zövqlü bəylərimizdəndir. Sonuncu konsertində geyindiyi ayaqqabı və pencək ona yaraşır. Son vaxtlar idman üslubundan istifadə edir. Taxdığı papaqlar maraqlıdır. Saç düzümü də yaxşıdır. Axır zamanlar bəylərimiz və xanımlarımız saç düzümlərinə fikir vermirlər. Dəbdə nədirsə, onu edirlər. Bu, yanlışdır. Gərək nəzərə alsınlar. Abbasa bu imicinə görə 5 bal verirəm.



Elvin Abdullayev - Müsahibə üçün rahat, gündəlik geyimdir. Sadə və zövqlü imicdir. Libaslarında elə də qüsur yoxdur. Düzgün seçimdir. Bu paltarda aksessuarlardan istifadə etmək olmazdı. Zövqlü müğənni kimi necə geyinmək lazım olduğunu bilir. Ona 5 bal verirəm.



Zamiq Hüseynov - Qarmaqarışıq geyinir. Bu, ona yaraşır. Zamiq üçün gözəl seçimdir. Başqa müğənni onu geyinsə, gülünc görünər. Ayaqqabısı çox düzgündür. O, səhnə üçün bunu seçib. Onun paltarı mənə Filipp Kirkorovun geyimini xatırlatdı. 5 bal alır.



Rəqsanə İsmayılova - Rəssam olaraq düşünürəm ki, saç düzümü Rəqsanəyə yaraşmır. Üzdən yaxşı qalır, amma profildən olan fotolarda başqa cür görünür. Geyimi bəyəndim, saç düzümünü yox. 3 bal verirəm.



Natavan Həbibi - Mahnılarını sevirəm. Amma stilistlərdən məsləhət almır. Nə gəldi, geyinir. Rəngləri qarışdırıb. Aksessuarlardan istifadə etməsəydi, yaxşı olardı. Parıltılar içində itib. Burada şarm, gözəllik yoxdur. 3 bal verirəm.