Gözəllik müsabiqəsinin qalibi bu qız oldu - fotolar

Gözəllik müsabiqəsinin qalibi bu qız oldu -  fotolar
5912 dəfə oxunub
  • A-
  • A
  • A+
İyulun 27-də “Miss High Life İnternational” gözəllik müsabiqəsinin finalı baş tutub.

Axşam.az-ın məlumatına görə, “Şamaxı Rixos Hotel”də keçirilən gecədə xalq artisti Amaliya Pənahova, Dünya Moda Assosiasiyasının prezidenti Zamir Hüseynov, “High life Fashion & Model Academy”nin baş direktoru Aqil Məmiyev, vizajist Nigar İbrahimova münsif kürsüsündə əyləşiblər.
Müsabiqənin təşkilatçısı Aqil Məmiyev bildirib ki, birinci və ikinci yerləri tutan iki xanım ölkəmizi daha bir beynəlxalq yarışmada təmsil edəcək:
 
“Finalda gözəlliklə yanaşı, dil biliklərinə də üstünlük verildi. Yarışmada iştirak edən 42 yarımfinalçıdan 17-si finala çıxdı. Müsabiqənin qalibi Ramina Abbasova oldu. O, “Miss High Life İnternational Granprix” mükafatı ilə yanaşı, “Miss Cosmopolitan”, “Miss Rixos” nominasiyalarına da layiq görüldü. İkinci yerin sahibi Lalə Hüseynova, “II Vice Miss High Life İnternational” seçilib. O, eyni zamanda Zamir Hüseynov tərəfindən dünyanın tanınmış top model müsabiqələrinin birinə ölkəmizi təmsil etməyə göndəriləcək. “Miss Baku”ya isə aktrisa, model Pərvin Abıyeva layiq görüldü. “Miss Şarm” Emilya Sultan, “Miss Glamour” isə Günel Şirəliyeva seçilib”.

Foto: Rəşad ABBASOV