Rəqsanə birinci oldu – video

Rəqsanə birinci oldu – video
1993 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Onlar” verilişinin “Top 10” rubrikasının həftəlik nəticələri açıqlanıb.

Axşam.az-ın məlumatına görə, "10-luğ"a yeni kliplər daxil olub. Müğənni-bəstəkar Rəhim Rəhimlinin “Dön geri” klipi geriləyərək, yeddinci pillədə qərarlaşıb.

Ötən həftənin dördüncüsü Zamiq Hüseynovun “Gör nələr oldu” ekran işi altıncı, müğənni Elvin Abdullayevin “Ayrılıb gedirsən” klipi irəliləyərək dördüncü, xalq artisti Zülfiyyə Xanbabayeva və Miri Yusifin “İki doğma insan”ı isə üçüncü yerdə olub.

Müğənni Azəri qızı Günelin “Hər şeyə dəyər” klipi həftənin ikincisi, Rəqsanənin “Alma məndən gözlərini” klipi isə qalibi seçilib.

Qeyd edək ki, həftə ərzində “Onlar”ın “Facebook” səhifəsinə (https://www.facebook.com/10LAR ) daxil olmaqla bəyəndiyiniz klipə səs verib birinci edə bilərsiniz.