Füzuli və Cəbrayılın işğal günü Bakıda “vur-çatlasın” olacaq

Füzuli və Cəbrayılın işğal günü Bakıda “vur-çatlasın” olacaq
3572 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, avqustun 23-də “Baku Crystal Hall”da “Miss Globe İnternational 2014″ gözəllik müsabiqəsi baş tutacaq.
 
Axşam.az-ın məlumatına görə, 120 ölkədən gözəllərin qatılacağı gecədə Azərbaycanı Şücai Banu adlı iştirakçı təmsil edəcək. Həmçinin tanınmış simaların iştirakı ilə konsert proqramı baş tutacaq. Həmin gün Bakıya Türkiyədən müğənni Demet Akalın, Gökhan Özen, rəqqasə Asena, aktyor Gürkan Uygun, müğənni İnna və Lolita gələcək. Yarışma ATV telekanalında canlı olaraq yayımlanacaq.

Qeyd edək ki, avqustun 23-ü Füzuli və Cəbrayılın ermənilər tərəfindən işğal günüdür.
Təşkilatçılar bundan xəbərdar olsalar da, indiyədək tədbirin başqa bir tarixə keçirilməsinə israrla qarşı çıxıblar.