Zarina da üzr istədi

Zarina da üzr istədi
5326 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Zarina Məmmədova bu səhər efirə çıxaraq mahnı oxuduğu üçün bu gün şəhid olan əsgərlərin ailələrindən üzr istəyib.

Axşam.az-ın məlumatına görə, sənətçi hadisədən xəbərsiz olduğunu bildirib:
 
“İnsanları qınamaq çox asandır. Özlərini həmin adamın yerinə qoysunlar, o zaman nə baş verdiyini anlayarlar. Səhər efiri olduğuna görə, tələsik evdən çıxmışam, xəbər oxumağa vaxt tapmamışam. Nə verilişdən əvvəl, nə də proqram ərzində əsgərlərimizin şəhid olması haqda heç bir məlumatım olmayıb. Bu haqda verilişdən sonra bilmişəm. Mən azərbaycanlıyam. Heç bir azərbaycanlı bu xəbəri bilib verilişdə ritmik mahnı oxumaz, oynamaz, gülməz, danışmaz. Şəhid ailələrindən üzr istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin, ailələrinə səbr versin. Vətən sağ olsun, Allah qalan bütün əsgərlərimizi qorusun. Bu olanlara mən də çox üzülürəm”.

Qeyd edək ki, Zarina bu gün səhər ATV-də yayımlanan “Bu bir sirdir” verilişində qonaq olub.