Yağış yağacaq

Yağış yağacaq
3538 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda və Abşeron yarımadasında avqustun 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək.
 
Bu barədə Axşam.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturu gecə 23-26, gündüz 28-32 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam saatlarında şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Avqustun 29-u axşamdan 31-i axşamadək Abşeron yarımadasında və bəzi rayonlarda güclü şimal-qərb küləyi əsəcək.

Əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.