Britni Spirsin ayrılıq səbəbi məlum oldu - Xəyanət

Britni Spirsin ayrılıq səbəbi məlum oldu - Xəyanət
1896 dəfə oxunub
  • A-
  • A
  • A+

32 yaşlı ifaçı Britni Spirsin özündən 4 yaş kiçik sevgilisi, hüquqşünas Devid Lukadodan ayrılma səbəbi məlum olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, il yarımn birlikdə olan sevgililərin xəyanət üstündə ayrıldığı deyilir.

Məlumatda bildirilir ki, Britni sevgilisinin gecə klubunda sarışın bir qızla əyləndiyi videonu görüb. Avqustun 2-də çəkilən bu videoda Lukado sarışın xanımla bütün gecəni rəqs edib. Onlar səhərə qədər qucaqlaşıb və səmimi hərəkətlər ediblər. 3 gün öncə bu videonu görən Britni ayrılmaq qərarına gəlib. Xəyanəti bağışlamaqda çətinlik çəkən Spirs digər tərəfdən Lukadonu çox sevdiyi üçün ondan ayrılmağın yaşatdığı əzabın öhdəsindən gəlməyə çalışır.