Canlı yayımda Seda Sayana sərt etiraz - video

Canlı yayımda Seda Sayana sərt etiraz - video
5057 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Seda Sayanın “Show TV”də yayımlanan verilişinə 2 həyat yoldaşını öldürən cinayətkarı qonaq etməsi sərt etiraza səbəb olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, 5 dəfə ailəli olan və bu yaxınlarda yenidən evlənmək üçün “Flaş TV”də proqrama qatılan Səfər Çalınak adlı həmin şəxsin efirə çıxması tamaşaçıları qəzəbləndirib. S.Sayan isə sosial şəbəkədə izləyicilərin qınağı ilə üzləşib. S.Çalınakın qatili olduğu Yosma Evcimin oğlu telefon zəngli ilə canlı efirə qoşularaq Seda Sayandan bu insanın efirlərə buraxılmamasını tələb edib. Lakin müğənni gəncə “Niyə efirə çıxartamayım ki?” sualını verərək studiyadakı vəziyyəti daha da gərginləşdirib. Anası öldürülən oğlan isə bu suala Çalınakın iki qadını öldürdüyünü xatırladaraq cavab verib. Seda Sayan isə belə adamları başqalarına dərs olsun və ibrət götürsünlər deyə efirə çıxartdıqlarını söyləyərək özünə haqq qazandırmaq istəyib.