“Sübut edəcəm ki, Məleykə nəyə qadirdir”

“Sübut edəcəm ki, Məleykə nəyə qadirdir”
2668 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Məleykə Əsədova mahnı oxumasına görə onu qınayanlara sərt cavab verib.

Axşam.az-ın məlumatına görə, “5/5” verilişində qonaq olan aktrisa hətta özünü balerina kimi göstərəcəyini iddia edib. M.Əsədova “Məleykə niyə heç qocalmır” sualını belə cavablandırıb:

“Niyə qocalmalıyam? Qocalmıram, ürəyimi təmiz saxlayıram. İnsanlara gözəllik arzulayıram, Allah da məni belə gözəl saxlayır. Mahnı oxumağımı nə üçün qəbul etmirlər? Xaricdə aktrisa hər bacarığını göstərir. Mən vokal dərsi almışam. Aktrisalıq müğənnilikdən çətin sənətdir. Bu yaxınlarda operada balet oynayacam. Özümü o sahədə də göstərəcəm. Hamıya sübut edəcəm ki, Məleykə nəyə qadirdir. Aktrisa hər şeyi bacarmalıdır”.

Aparıcının “İlhamə Quliyeva ilə əlaqə saxladıq. Aranızdakı incikliyin səbəbini soruşduq. Dedi ki, icazə verdim, mahnımı oxusun. Yaxşı da ifa etdi. Amma mən klip çəkmədim, o, mahnını ekranlaşdırdı” sözlərinə belə münasibət bildirib:
 
“Axı, klip efirə 2007-ci ildə gedib. 2013-cü ildə göstərilməyib ki... Qalmaqal o ərəfədə başlayıb. Mən o mahnını aktrisa kimi oxumuşam. Arasında şeir deyib, daha da şirinləşdirmişəm. İnsanlar şeirlərə daha həssas olurlar”.