Ölkə prezidenti ilə xanımı bulvarda - fotolar

Ölkə prezidenti ilə xanımı bulvarda - fotolar
7306 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 12-də Bakının Ağ Şəhər Bulvarında olublar.

Axşam.az AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı və xanımı Ağ Şəhər Bulvarında görülən işlərlə tanış olublar. İşlərin gedişi ilə maraqlanan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Bu gün həmçinin Bakı Fransız Liseyinin açılışı olub. Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

İlham Əliyev liseyin rəmzi açılışını bildirən lenti kəsib.

Qeyd edək ki, liseyin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dair” Sazişə əsasən qoyulub.