Gecəyarısı çəkiliş məkanını tərk etdi

Gecəyarısı çəkiliş məkanını tərk etdi
3908 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Fahriyyə Evcen "Kurt Seyid və Şura" serialının çəkiliş məkanında dava salıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, aktrisa yaradıcı heyətin onu çox gözlətdiyini söyləyərək "Mənim işim var, bu qədər gözləyə bilmərəm" deyib və çəkiliş məkanından uzaqlaşıb.

Serialın rejissoru Hilal Saral məcburən çəkilişləri təxirə salıb. Xəbər təşkilatçı Kərəm Çataya çatdırılıb. Kərəm Evcenə zəng edərək, səhəri gün mütləq çəkiliş məkanına gəlməsini tapşırıb.

Qeyd edək ki, Fahriyyə bundan əvvəl də rol aldığı serialların çəkiliş meydançasında söz-söhbət yaradıb.