“Sura ilə yaxın söhbətlərimiz olurdu” – Tünzalə

“Sura ilə yaxın söhbətlərimiz olurdu” – Tünzalə
2432 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Ağayeva “Gündəlik” verilişinin qonağı olub.
 
Axşam.az-ın məlumatına görə, müğənni intihar edərək, dünyasını dəyişən gənc ifaçı Sura Əsgərovadan bəhs edib:
 
“Suranı iki ildir ki, tanıyırdım. Çox ünsiyyət qurmağa vaxtım olmasa da, onunla səmimi söhbətlərimiz olub. Yaşadıqlarını mənimlə bölüşərkən özünü yaxşı hiss edirdi. Amma mən də onu tam anlaya, başa düşə bilmədim. Tez getdi... Çox gözəl, mehriban ailəsi var”.

T.Ağayeva müsahibəsində həmçinin, müasir gənclərdən bəhs edib:

 “Bu gün gənclərimiz böyük risk altında yaşayır. Elə mənim övladım da. Televiziya gecə yarısı adam öldürməklə bağlı film yayımlayır. Televizoru bağlasaq, internet vasitəsi ilə baxacaqlar. İnsanlara hər şey çox maraqlıdır, baş kəsməyə belə həvəslə baxırlar”.