“Milyonlardan imtina edirəm...” – Namiq

“Milyonlardan imtina edirəm...” – Namiq
2261 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlu “Bizim gün” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi yaradıcılığından, yeniliklərindən danışıb:
 
“Dünyasını dəyişən meyxanaçıların mahnılarını oxumaq istəyirdim. Çoxdandır bəstələr yazmıram. Adam çox yazdıqca təkrarlara yol verir. Ruh, beyin eynidir. İlham pərim qaçmayıb. Bəstəkarlarda da belə hal olur. Ardıcıl mahnı yazanda təkrarçılıq edirlər. Mahnılarımda çox oynamıram. Bir ara müəllim tutdum ki, mənə rəqs etməyi öyrətsin, amma alınmadı. Mən özümə ritmik rəqsi yaraşdırmıram. Bəziləri var ki, onlara ancaq sakit oynamaq yaraşır. Ümumiyyətlə hündürboy adamda bu cür rəqs alınmır”.

N.Qaraçuxurlu “bir nömrəyəm” sözlərinə də aydınlıq gətirib:

“Hərdən çaşıb yekə-yekə danışırq. Bəzən sözlərimi düzgün yazmırlar. Cümlə məntiqsiz verilir. Amma mən “bir nömrəyəm” demişəm. Sənət adamı yaradıcılıqla məşğul olmalıdır. Maddiyyata göz yumuram, nəfsimin qarşısını alıb sənətimlə məşğul oluram. “Rəvayət”dən sonra başım pul qazanmağa qarışdı. Gördüm uzun illər keçib, amma bir dövlət tədbirində yoxam. Məcburən qazanca göz yumdum. Yaradıcılığımla məşğul oldum. Buna görə də, bu sözü deməyə haqqım var. Milyonlardan imtina edib, efirə çıxıram”.

Meyxanaçı bu sənətə yeniliklər gətirməsi ilə bağlı sözlərə də cavab verib:
 
“Mən heç bir yenilik gətirməmişəm. Bunları vaxtilə meyxanaçılarımız edib, indi biz ekranda göstəririk deyə, elə bilirlər yenilik bizdən gəlir. Hansısa məclisdə deyəndə ki, filan şeyi Namiq edib, bəziləri cavab verir ki, yox bu, başqalarına aiddir. Amma nəyisə tənqid edəndə deyirlər Namiq eləyib”.