“Aqil uşaqlıq edib, gərək belə sözlər deməyəydi”

“Aqil uşaqlıq edib, gərək belə sözlər deməyəydi”
2087 dəfə oxunub
  • A-
  • A
  • A+

“Məncə Aqil sadəcə “siyasətə qarışmıram, siyasətdən kənar adamam” deyib bu məsələni qapatmalı idi. "Qapımı döymür" - filan deməklə, mənə elə gəlir, bir az uşaqlıq edib”.

Axşam.az-ın məlumatına görə, bunu musavat.com-a Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev qardaşı oğlu Aqil M.Quliyevin onun barəsində dediyi ittihamlara cavab verərkən deyib.

Əmisi haqda bu cür sərt sözlər deməkdə A. M.Quliyevin əsasının olub-olmadığını soruşduqda isə bu barədə danışmaq istəmədiyini deyən E.Quliyev qardaşı oğlunun belə fikir səsləndirməsinə ciddi əsasının olmadığını bildirdi:
 
“İstedadlı gənc kimi həmişə ona uğurlar arzulamışam. Təhsilinə almasına, həyatda digər məsələlərdə nə mümkündürsə kömək etməyə çalışmışam. Sadəcə biz başqa-başqa düşərgələrin adamlarıyıq. Lakin bu qohumluğumuza kölgə salmır və salmamalıdır”.