"Xəzər"in aparıcısını bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

"Xəzər"in aparıcısını bıçaqlayan şəxs saxlanılıb - Yenilənib
7627 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, "Xəzər" televiziyasında "Ləziz dad" proqramının aparıcısı olan Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb

Yasamal Rayonu Pİ-nin 28-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə təqsirləndirilən şəxs yaxalanıb. Bu, Bakı şəhər sakini Elvin Şirinovdur.
 
Saxlanılan şəxs polisə ifadəsində bildirib ki, 5 ildən çoxdur, zərərçəkənlə eyni binada yaşayır. Qonşu kimi münasibətləri yaxşı olub. Jurnalistin avtomobilinə musiqi dinləmək məqsədilə minib. Amma zərərçəkən onunla kobud rəftar edib. Bundan qəzəblənərək üstündə gəzdirdiyi bıçaqla jurnalistə bir bıçaq zərbəsi endirib. Saxlanılan şəxs hadisədən əvvəl spirtli içki qəbul etdiyini etiraf edib.

________________

Paytaxtın Yasamal rayonu Yaşar Abdullayev küçəsində bıçaqlanma hadisəsi baş verib.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, "Xəzər" televiziyasında "Ləziz dad" proqramının aparıcısı olan Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb.

Qonşuların verdiyi məlumata  görə, hadisəyə səbəb Ağakərimin avtomobilinə oturan  qonşusunu düşürmək istəməsi olub. Yaranan mübahisə zamani Elvin adlı şəxs Ağakərimə bir bıçaq zərbəsi vurub.
 
Məlumata görə, hadisə tördədən şəxs lal və spirtli içki aludəçisi imiş. Faktla bağlı Yasamal Rayonu 28-ci Polis bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin tutulması istiqamətində iş aparılır.