Azərbaycanda həmcins cütlük nişanlanıb - fotolar

Azərbaycanda həmcins cütlük nişanlanıb -  fotolar
15019 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda qeyri-ənənəvi nişan mərasimi təşkil edilib.

Axşam.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Nəfəs LGBT (lezbiyan,gey, biseksual, transeksual) Azərbaycan Alyansının prezidenti Atilla Bəy Cavid eynicinsli sevgilisi ilə nişanlandığını bəyan edib. O, bu barədə şəxsi facebook səhifəsində məlumat verib:

“Bəli biz bunu etdik. Homofob cəmiyyətimizə meydan oxuduq. Hünərli, cəsarətli olan hər kəsə qismət olsun. Sevginin cinsi yoxdur, unutmayın bunu. Bu hadisəni bəyənməyənlər də xahiş edirəm öz fikirlərini ve dedi-qodularını özlərinə saxlasınlar. Xoşbəxt günümüzə sevinən və dəstək olan hər kəsə isə təşəkkürlər!”

Qeyd edək ki, Azərbaycanda eynicinsli şəxslərin nikahı qanunla qadağandır.