Cennifer Lopez ona xəyanət etmiş sevgilisi ilə tətilə hazırlaşır

Cennifer Lopez ona xəyanət etmiş sevgilisi ilə tətilə hazırlaşır
1969 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni və aktrisa Cennifer Lopez iyunda ayrıldığı rəqqas sevgilisi Kasper Smartla yenidən görüşür.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, 45 yaşlı müğənni 27 yaşlı rəqqasla tropik adalarda dincəlməyi planlaşdırır.
 
Qeyd edək ki, Ceylo sevgilisi ilə daha öncə Havay adalarına və Rio-de-Janeyro sahillərinə səyahət edib. Ceylonun Kasperi tətilə dəvət etməsinin əsas səbəblərindən biri kimi isə sənətçinin əkiz uşaqları Emmi və Maksın rəqqasa olan simpatiyası göstərilir.
 
Xatırladaq ki, C.Lopez Kasperdən ona transseksualla xəyanət etməsi səbəbindən ayrılmışdı. Kasper artıq bir neçə dəfə müğənni ilə barışmağa cəhd edib.