Culiya Roberts hamilədir - foto

Culiya Roberts hamilədir - foto
1915 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Culiya Roberts 4-cü övladına hamilədir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı aktrisa uşaqları ilə Malibuda alış-veriş mərkəzlərindən birindən çıxarkən görüntülənib. Culiya enli paltar geyinərək hamiləliyini gizlətməyə çalışsa da, onun böyüyən qarnı paparassilərin gözündən qaçmayıb.

Şəxsi həyatı haqda danışmağı sevməyən aktrisa hamilə olduğunu rəsmi şəkildə təsdiqləmək istəməyib. Qeyd edək ki, C.Roberts 12 ildir operator Denni Moderlə ailəlidir.