Hadisənin qazancı bəlli oldu

Hadisənin qazancı bəlli oldu
5466 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənnilikdə şöhrəti tez bir zamanda qazanan türkiyəli ifaçı Hadisə reklamdan qazandığı pulun çox olduğunu görüncə sənətini ikinci plana atıb. Reklamla sərvətinə sərvət qatmaq onun üçün daha asan başa gəlir.  

Axşam.az türk məbuatına istinadən xəbər verir ki, müğənninin son bir ildə reklamdan qazandığı məbləğ 5 milyon dollar olub.
 
Həftədə iki gün televiziyada yayımlanan yarışma proqramına aparıcılıq etməklə də ayda 300 min lirə (təxminən 110 min AZN) qazanan Hadisə bununla Türkiyənin ən çox qazanan məşhurları sırasına adını yazdırıb.