Mətanət Coşqunun parodiyasını bəyənmədi

Mətanət Coşqunun parodiyasını bəyənmədi
4868 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin aparıcısı Mətanət Əliverdiyeva “Bu şəhərdə” komandasının aktyoru Coşqun Rəhimovdan bəhs edib.

Axşam.az-ın məlumatına görə, aparıcı “Gündəlik” verilişində aktyorun onu parodiya etməsini bəyənmədiyini bildirib:

“Coşqun məni parodiya etmişdi. Amma o qədər də yüksək alınmamışdı. Mənim içimdəkiləri çölə çıxara bilməmişdi. O, mən deyildim. Bir az yaxınlaşmışdılar, amma tam deyildi. İstəyirəm məni əsl parodiya edən biri olsun”.