Həyat yoldaşı əməkdar artistə xəyanət edib

Həyat yoldaşı əməkdar artistə xəyanət edib
3387 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Mehriban Xanlarova həyat yoldaşından ayrılma səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, “Xəbərsizsiniz?” verilişinin qonağı olan aktrisa buna xəyanətin səbəb olduğunu deyib:

“ Gözəl ailəm olub. Mənim kimi kişiyə qadınlıq edən xanım olmazdı. Onun qulluğunda dayanırdım. Həyat yoldaşım mənə xəyanət edib, buna görə də ayrıldıq. Mən də qadınam, dəfələrlə bağışlamışam. Amma nə qədər keçim? Kişinin səhvi ucbatından ailəm dağıldı. Yoldaşıma görə sənəti də atardım. Dörd il çox şeydən imtina etdim: sənətdən uzaqlaşdım, qolu, ətəyi uzun libas geyinirdim. Amma sonda nə oldu? Yenə bitdi".

Qızından danışan M.Xanlarova bunları deyib:

“Həmişə demişdim, qızımı heç vaxt sənət adamına vermərəm. Qızım ailəlidir. Bu sənətdən uzaq biri ilə ailə qurub. Rayonda yaşayır. Beş ildir Cəlilabadda gəlindir. Heç kim inanmırdı ki, şəhərdə böyüyən qızımı rayona ərə verərəm. Ona deyirəm ki, sən nə etsən, mənim adımdır. Qızımı müdafiə etmirəm. Qayınanası nəsə deyəndə ona haqq verirəm, qızıma yox”.