“Ərdoğan” üçün arıqlamağa başladı – fotolar

“Ərdoğan” üçün arıqlamağa başladı – fotolar
2109 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədəki ötən ilin 17 dekabr hadisələrindən (17 dekabr 2013-cü il – Türkiyədə korrupsiya və rüşvət tədqiqatı aparılıb – red.), prezident Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdən bəhs edən “Kod adı K.O.Z.” adlı filmin çəkilişlərinə noyabrda başlanılacağı ilə bağlı xəbər vermişdik. 

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, Hazım Körümükçü, Turqay Tanülkü və Tolqa Karelin də rol aldığı ekran işində R.T.Ərdoğanın obrazını aktyor Orxan Kılıç canlandıracaq. O artıq həmin rolu üçün arıqlamağa başlayıb. 83 kiloqram çəkisi olan aktyor R.T.Ərdoğan kimi 78 kiloqrama düşmək üçün çalışır. Buna görə Orxan artıq idmana başlayıb.
 
Qeyd edək ki, filmin prodüseri Uğur Yalçınqaya, ssenaristi “Parantez Yazı Qrupu”dur. Çəkilişləri bu ayın 17-də başlayacaq ekran işi fevralın 13-də nümayiş olunacaq.