Bayram Kürdəxanılıya hökm oxundu

Bayram Kürdəxanılıya hökm oxundu
2786 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabunçu Rayon Məhkəməsində həbsdə olan meyxanaçı Bayramqulu Quliyevin (Bayram Kürdəxanılı) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, noyabrın 14-də B. Kürdəxanılıya hökm oxunub. Hökmə əsasən, o, 1 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, 1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb.
 
Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.