Fatimə birinci, Mətanət sonuncu oldu

Fatimə birinci, Mətanət sonuncu oldu
3143 dəfə oxunub
  • A-
  • A
  • A+
“Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin “Hər şeyə stop” rubrikasında bu günə kimi qonaq olan 10 məşhurun izlənilmə sayına görə reytinqi təqdim edilib.

Axşam.az-ın məlumatına görə, verilişin “Youtube”da yerləşdirilən süjetləri arasında rəqqasə Fatimə Fətəliyevanın videosu birinci olub.

Toy qalmaqalı ilə müğənni Sevda Sanəliyeva ikinci, qardaşının əqli cəhətdən qüsurlu insanların qaldığı xəstəxanada müalicə aldığını deyən Nadir Qafarzadə üçüncü yerə çıxıb.

Növbəti ardıcıllıqla isə Emma Ələkbərzadə, prodüser Təranə Səmədova, xalq artisti Nisə Qasımova, aparıcı Lalə Əlimuxtarova gəlir.

Son 3 yerdə isə xalq artisti Səməd Səmədov, əməkdar artist Manana, muğam ifaçısı Mətanət Əsədova qərarlaşıb.