“Böyük əziyyətlər nəticəsində oğlumu dünyaya gətirdim”

“Böyük əziyyətlər nəticəsində oğlumu dünyaya gətirdim”
2125 dəfə oxunub
  • A-
  • A
  • A+

“Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişinin növbəti buraxılışında keysəriyyə əməliyyatından bəhs olunub.

Axşam.az-ın məlumatına görə, aparıcılığını Təranə Səmədovanın etdiyi proqramın qonaqları arasında müğənni Samira Allahverdi, prodüser Sayqa Cahid yer alıb. Efirdə keysəriyyə əməliyyatının xeyir və ziyanından söz açılıb:

“Keysəriyyə yolu ilə doğuş ağrısız və tez olur. Amma sonra adi doğuşdan çox ağrı verir. Bu, infeksion yoluxmaların artması, qarın nahiyyəsində yara, qan itkisi kimi problemlərə gətirib çıxarır. Bu əməliyyatla doğulmuş uşaqlar daha çox patalogiyalarla rastlaşır. Onlar allergik xəstəliklərə meyilli olurlar”.

S.Cahid övladını keysəriyyə yolu ilə dünyaya gətirməsindən bəhs edib:

“Problem var idi. Heç bir çıxış yolum qalmamışdı. Başqa xəstəxanalardan professorlar da gətirildi. Amma yenə də dedilər, keysəriyyə olmalıdır. Böyük əziyyətlər nəticəsində oğlumu dünyaya gətirdim. Amma uzun müddət bunun fəsadlarını yaşadım”.

Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftə içi beş gün saat 10:30-dan 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.