Brilliant Dadaşovaya əxlaqsız şəkillər göndərən oğlan həbs edildi

Brilliant Dadaşovaya əxlaqsız şəkillər göndərən oğlan həbs edildi
5671 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Brilliant Dadaşovanın telefonuna əxlaqsız şəkillər göndərən şəxsə 15 sutka həbs cəzası verilib.
 
Hadisəylə bağlı B.Dadaşova Axşam.az-a açıqlama verib. Müğənninin sözlərinə görə, naməlum şəxs ona çılpaq şəkillərini göndərirmiş:

“Telefonumda “WhatsApp” və digər sosial şəbəkələrdəki hesablarıma köməkçilərim nəzarət edir. Həmin adam “WhatsApp” vasitəsilə nömrəmə əxlaqsız fotolar göndərirdi. Telefonum da köməkçimdə olduğundan, o, bunları vəkilimə göstərib. Nəticə olaraq Sumqayıt məhkəməsi həmin gəncə 15 sutka cəza kəsib. Bu gün məndən o insanın kimliyini soruşsalar da, bunu açıqlamaq niyyətində deyiləm. Çünki o, qanun qarşısında öz cəzasını alıb və gənc olduğundan bir də ictimai qınaq hədəfi olmasını istəmirəm. Ümid edirəm olanlardan nəticə çıxarıb yenidən belə səhvlərə yol verməz”.