Firəngiz Mütəllimovanın ən böyük arzusu

Firəngiz Mütəllimovanın ən böyük arzusu
1385 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Firəngiz Mütəllimova səyahət sevgisindən bəhs edib.

Axşam.az-ın məlumatına görə, dünyanın dörd bir yanını gəzən aktrisa sevdiyi ölkələrin adını açıqlayıb:

“Dünyanın bir çox yerində olmuşam: Yunanıstan, Almaniya, Polşa, Belarusiya, İngiltərə, Kipr. Ən çox Türkiyəyə heyran qalıram. Səyahətə gedərkən əsasən tarixi məkanları gəzirəm. İstanbulda isə məscidlərə gedirəm. Çoxları Dubaya heyrandır. Amma mən oranı sevmirəm. İllər əvvəl ilk dəfə Dubaya həyat yoldaşımla getmişdim. Hər dəfə ora gedəndə tamamilə dəyişdiyini görürdüm. Təəccüblənirdim, bir şəhər bu qədər sürətlə necə dəyişir? Ən böyük arzum Hindistana getmək, Tac-Mahalı gəzməkdir. Amma səhhətimlə bağlı bunu edə bilmirəm. Çünki hər 6 aydanbir Türkiyəyə müayinəyə gedirəm. İmkanım olmur”.