“Başqaları arsız halda azadlıqda gəzirlər” - Bülənt Ərsoy

“Başqaları arsız halda azadlıqda gəzirlər” - Bülənt Ərsoy
1588 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Bülənt Ərsoy narkotik ticarəti cinayətinə görə həbs olunan Dəniz Səkinin tutulması haqqında öz fikirlərini bildirib.

Axşam.az “Posta”ya istinadən xəbər verir ki, müğənni D.Səkinin həbsinə görə kədərləndiyini deyib:

“Təkcə Dəniz günahkar deyil. Bu işi edən başqaları arsız halda azadlıqda gəzirlər”

B.Ərsoy Sezən Aksunun D.Səkiyə yazdığı məktuba da öz münasibətini bildirib:

“Eşitdim, Sezən məktub yazıb. Amma o, həbsin nə demək olduğunu bilə bilməz. Mən bilirəm. Çünki mən də bunu yaşamışam.”

Qeyd edək ki, Bülənt Ərsoy 1980-ci ildə evinə kirayəni təsbit etmək üçün gələn hakimi təhqir etdiyinə görə, İzmirdə 45 gün həbs həyatı yaşamışdı.