Elza Seyidcahanı özündən çıxardılar: “Məhkəməyə verəcəm”

Elza Seyidcahanı özündən çıxardılar: “Məhkəməyə verəcəm”
1494 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahanı əsəbləşdirdilər.

Axşam.az-ın məlumatına görə, müğənni əməkdaşımızla söhbətində haqqında xoşagəlməz məqalə yazan hər kəsi məhkəməyə verəcəyini deyib:

“Şeirlərimi ələ salırlar. Mənə xələl gətirmək üçün hərə bir kompüter arxasına keçib, nə gəldi yazır. Özü də ki, yazıların çoxu məndən açıqlama alınmadan verilir. Hansı ixtiyarla belə edirlər? Dəfələrlə xaricdə Azərbaycanın bayrağını qaldırmışam. Xalqını sevən, tərənnüm edən, dövlətin əməkdar artistinə, Bəstəkarlar İttifaqının üzvünə bu cür tərbiyəsizlik edilərmi? Allaha şükür, Elzanı hamı yaxşı tanıyır. Bu cür sözlər onun nə tərbiyəsinə, nə də savadına ziyan vurmaz, qara yaxmaz. Buradan mənim şeirlərimi ələ salanlara xəbərdarlıq edirəm: özünüzü yığışdırın. Yoxsa, hamınızla məhkəmədə görüşməli olacam. Haqqımda boş-boş şayiələr uydurmasınlar, onları məhkəməyə verəcəm. Məni xalqın gözündən salmağa çalışmasınlar, onsuz da, bacarmayacaqlar. Özlərini Allahın nəzərindən salacaqlar. Çox xoşbəxtəm ki, nə özüm, nə övladlarım, nə də nəslim həyatda heç kimə şər atmayıb”.