“Polislər bizə hörmət edirlər” - Elton Hüseynəliyev

“Polislər bizə hörmət edirlər”  - Elton Hüseynəliyev
895 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elton Hüseynəliyev avtomobilini heç vaxt sürətlə idarə etmir.

Axşam.az-ın məlumatına görə, “Xəbərsizsiniz” verilişinin qonağı olan ifaçı piyadalardan şikayət edib:

“Maşını hər zaman normal sürətlə idarə edirəm. Sürət həddini aşmıram. Tələsəndə hərdən elə olur ki, 60 yazılır, 80 sürətə qalxıram. Bu yaxınlarda qəza törətdim. Amma buna da sürət səbəb olmadı. Çox sürət təhlükəlidir. İnsan həyəcanlanır. Hər an hər şey ola bilər. İlk növbədə, öz həyatımızı düşünməliyik. Bu gün piyadaları da başa düşə bilmirəm. Hərəkət qaydalarını pozurlar, təhlükəli anlar yaradırlar. Məşhur olmaq gözəldir, amma bu o demək deyil ki, qanun işçilərinə hörmətsizlik etməlisən. Nə zaman məni polis saxlayıbsa, özüm maşından düşüb yanlarına getmişəm. Amma etiraf edim ki, polislər də bizə hörmət edirlər. Əvvəl təhlükəsizlik kəmərindən istifadə etmirdim. Amma axır vaxtlar edirəm. İnsanlar mənə baxanda düşünməsinlər ki, məşhurdur, nə istəyir edə bilər”.