Mələkxanım Əyyubovanın oğlu "Facebook"u geridə qoydu

Mələkxanım Əyyubovanın oğlu "Facebook"u geridə qoydu
9316 dəfə oxunub
  • A-
  • A
  • A+

Son vaxtlar yaratdığı “Hara gedək?” adlı proqramla gündəmdə olan kompüter üzrə azərbaycanlı mütəxəssis Cəfər Nəcəfovun xalq artisti Mələkxanım Əyyubovanın oğlu olduğu ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, bu haqda muğam ifaçısı sosial şəbəkədə yazıb. O, övladının fotosunu paylaşaraq “Oğlum Cəfərin uğuru” sözlərini yazıb.

Cəfər Nəcəfovun yaratdığı “Hara gedək?“ adlı proqram “App Store”da dünyanın məşhur “Facebook”, “WhatsApp”, habelə “İnstagram” kimi proqramlarını geridə qoyub. Yenicə yaranmasına baxmayaraq, artıq bir həftədən çoxdur, top reytinqdə birinci pillədə qərarlaşıb. Bu proqramdan istifadə edənlər olduqları məkanlara yaxın obyektlərin yeri haqda ətraflı məlumat ala bilirlər.

Qeyd edək ki, M.Əyyubova oğlunu bu yaxınlarda evləndirib. Cəfər Səadət adlı xanımla ailə qurub.