“Sultanlar” barışdılar - fotolar

“Sultanlar” barışdılar - fotolar
2524 dəfə oxunub
  • A-
  • A
  • A+
“Möhtəşəm yüz il” serialında Hürrəm obrazını canlandıran Məryəm Üzərli və Xədicə Sultan rolunda çəkilən Səlma Ərgəç bir araya gəliblər.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, M.Üzərlinin Almaniyadan dönməsindən sonra tez-tez görüşməyə başlayan həmkarlar artıq geyimlərində də bir-birlərinə təsir edirlər.

S.Ərgəçlə çəkdirdiyi şəkilləri İnstaqramda paylaşan almaniyalı aktrisa "Bir vaxt bir-birimizlə heç yola getmirdik, amma indi eyni geyinirik, baxın" yazıb.

Qeyd edək ki, Məryəm Üzərli 1 yaşlı qızı Lara qrip olduğundan ötən gecəni xəstəxanada keçirməli olub.