Min yaşı olan heykəlin içindən mumiya çıxdı

Min yaşı olan heykəlin içindən mumiya çıxdı
1995 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollandiyanın Drents muzeyində saxlanılan bizim eranın 1100-cü ilinə aid Budda heykəlinin içindən mumiya çıxıb. 

Axşam.az “aljazeera.com”a istinadla xəbər verir ki, heykəli tədqiq etməyə qərar verən mütəxəssislər onu kompüter tomoqrafiyasından keçirdikdən sonra qəribə nəticə ilə üzləşiblər.

Araşdırmalar heykəlin içində bir Budda rahibinin olduğunu ortaya çıxarıb.

Mütəxəssislər mumiyanın Çinin Meditasiya Məktəbinin ustadlarından olan Liuquana aid olduğunu təxmin edirlər.

Mumiyanın orqanlarının yerində isə yazılar olan müxtəlif kağız parçaları aşkarlanıb.