Yaşar Nurinin qızı - fotolar

Yaşar Nurinin qızı -  fotolar
9857 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, mərhum Yaşar Nurinin qızı Ülkər Nuriyeva “Düzünü desək” verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, o, atası ilə bağlı xatirələrini bölüşüb:

“Atam haqqında danışanda qürur duyuram. Onun evə gəlişi belə bizdə həyəcan doğururdu. Çox ağırtəbiətli, zəhmli olub. Onun əsl xasiyyəti “Bəyin oğurlanması” filmindəki obrazında əks olunub. Evə gələndə, bizim otaqdan çıxmağa, telefona cavab verməyə ixtiyarımız yoxuydu. Optimist idi, heç vaxt ölümdən danışmırdı. Deyirdi, qorxmuram, vaxtı gələndə hamımız dünyadan köçəcəyik. Neçə dəfə komaya düşüb. Dünyaşöhrətli həkimlər gəlib, deyib, mümkün deyil ayılması. On gün keçib, oyanıb. Xəstəxanaya son gedişində vəziyyəti pis idi. Zəng etdilər ki, hazırlıqlar görün. Ölməzdən əvvəl xəstəxanada bizlə danışdı, tapşırıqlar verdi. Dedi, ananızdan muğayət olun. Həmin gün rəhmətə getdi. Mənim bir tərəfim yoxdur. Ata mənə arxa idi”.

Ü.Nuriyeva atasının hər zaman nəvə arzuladığını söyləyib:

"Çox istəyirdi ki, nəvəsi olsun. Atam dünyasını dəyişəndə, öyrəndik ki, bacım ana olacaq. İndi uşaq 11 aylıqdır. Ona atamın rol aldığı tamaşada Firəngiz Mütəllimovanın oynadığı obrazın adını - Gülnar qoyduq".