Sevinc Çılğın "Yumurta"nı təqdim etdi - fotolar

Sevinc Çılğın "Yumurta"nı təqdim etdi - fotolar
6253 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün Park Bulvarda yerləşən "Əli və Nino" kitab mağazasında yazar Sevinc Çılğının "Yumurta" adlı ilk hekayələr kitabının imza günü keçirilib.

Axşam.az xəbər verir ki, kitaba müəllifin 13 hekayəsi daxil edilib.

S.Çılğın kitabı ilə bağlı təəssüratlarını bölüşüb:

“Hekayələrimi bütün lax yumurtalara ithaf etmişəm: yəni, alınmayan işlərə, yarımçıq qalmış sevgiyə, boşanmış ailələrə, abort olunmuş uşaqlara, yazılmamış kitablara, oxunmamış mahnılara... Burada fərqli, rəngarəng personajlar var. Adətən oxucular, tənqidçilər şikayət edir ki, hazırda oxuduğumuz əsərlərdə özümüzü görə bilmirik. Müasir insan özünü bu əsərlərdə görə biləcək. Kitab fərqli konsepsiya üzərində qurulub,  "Cift" və "Döl" adlı iki hissədən ibarətdir. Hekayələrin mövzu və üslubları bir-birindən fərqli olsa da, qəhrəmanları əsasən qadınlardır. Kitabda “İçindəkilər” sözünü dəyişib “Bətnindəkilər” yazmışam. Hər amilin üzərində özüm düşünmüşəm. Bu yumurtadan insan doğulacağına inanıram”.

Qeyd edək ki, "Yumurta" müəllifin sayca ikinci kitabıdır. "Alaçarpa" adlı ilk kitabında yazarın şeirləri toplanmışdı.

Foto: Ramin ASLANOV