Bəstəkar Tural Bayraməliyev yeni mahnı hazırlayıb - audio

Bəstəkar Tural Bayraməliyev yeni mahnı hazırlayıb - audio
1468 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar Tural Bayraməliyevin yeni mahnısını əməkdar artist Almaz Ələsgərli səsləndirib.

Axşam.az-ın məlumatına görə, “Mən sənsiz” adlı mahnının sözləri də bəstəkarın özünə aiddir.
T.Bayraməliyev mahnının Türkiyədə peşəkar musiqiçilər tərəfindən aranjiman edildiyini bildirib:

”Mən sənsiz” Almaz xanımın ifasında uğurlu alınıb. Bu mahnını məhz onun oxuması üçün yazmışam. Yaxın günlərdə klip çəkilişi nəzərdə tutulub”.

Bəstəkar müəllifi olduğu, Sevil və Sevinc bacılarının ifasında səslənən “Anla məni” mahnısına klip çəkildiyini vurğulayıb:

"Eyni zamanda Nadir Qafarzadənin “Döy qapımı”, Günay İbrahimlinin “Hüzur” mahnılarına klip çəkilişi üçün hazırlıq prosesi gedir".

Qeyd edək ki, mahnılarında saf sevgini tərənnüm edən T.Bayraməliyev bəstələrini həyat yoldaşına həsr edir.