Küçələrə “uşaq qutuları” qoyulacaq

Küçələrə “uşaq qutuları” qoyulacaq
1534 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın İndiana əyalətində tərk edilmiş körpələrin ölümünün qarşısını almaq üçün küçələrə “uşaq  qutuları” qoymaq planlaşdırılır.

Axşam.az BBC-yə istinadən xəbər verir ki, bu, ABŞ-da ilk belə layihə olacaq. Bir çox əyalətlərdə valideynlərə uşağı istəmədikləri halda, onu xəstəxana və ya polisə vermək icazəsi verilir. Amma bu qutular vasitəsilə daha onların adları və kim olduqları bilinməyəcək.

Layihəni əyalət məclisi artıq təsdiqləyib və əyalət senatının cavabından sonra reallaşacağı gözlənilir. Təsdiqləndiyi halda, əyalətin fərqli yerlərinə təxminən 100 ədəd qutu qoyulacaq.

“Save the Abondoned Babies” adlı xeyriyyə təşkilatının açıqlamasına görə, Amerikada qanundan kənar tərk edilən hər 3 körpədən 2-i dünyasını dəyişir. Bu səbəbdən layihə körpə ölümlərinin qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, bu cür layihələr Avropa və Asiyada ötən əsrdə mövcud olub və “Mələk beşiyi” adlanıb.