Günaydan xəbər var - fotolar

Günaydan xəbər var -  fotolar
7047 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli solo konsertinin hazırlıqlarına başlayıb.

Bu haqda Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçinin prodüseri Toma Hüseynəliyeva xəbər verib.

O, konsertin yazda Heydər Əliyev Sarayında baş tutacağını bildirib:

“İndi geyimlər üzərində çalışırıq. Üç libas olacaq. Biri Türkiyədə hazırlanır. İlk konsertdə Günay açıq-saçıq libaslarda çıxmışdı. Bu dəfə fərqli paltarlar düşünmüşük. Modelləri özümüzə məxsusdur”.

T.Hüseynəliyevanın sözlərinə görə, G.İbrahimlinin repertuarına yeni mahnılar daxil ediləcək:

“Yeni bir mahnı üzərində çalışırıq. Aranjimanı Amerikada ediləcək. Bu ay “Sənə bağlanıram” adlı albom işıq üzü görəcək. Maraqlı fotosessiya etdirmişik. Yaxın günlərdə Aqil M.Quliyevin rejissorluğu ilə “Hüzur” mahnısının klip çəkilişinə başlayacağıq. Rusiyadan Alla Puqaçova, Filipp Kirkorov kimi məşhurlarla işləyən operator Yaroslav Pilunskiyi dəvət etmişik”.

Foto: Ramin ASLANOV